Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, 2026-cı ilin ilk 9 ayı ərzində Rusiyadan 63 500 miqrant deportasiya olunub.
Bundan əlavə, cari ilin ilk 8 ayında 260 mindən çox miqrantın Rusiyaya girişinə qadağa qoyulub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,8 faiz çoxdur.
Deportasiya üçün yeni əsaslar
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, müəyyən internet cinayətləri, Rusiya ordusunun nüfuzdan salınması, eləcə də ölkəyə qarşı sanksiyaların tətbiqinə çağırışlar da miqrantların deportasiyası üçün əsas ola bilər.

