Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək.
Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.
Görüşdə təhlükəsizlik məsələlərinin, gərginliyin azaldılmasının, humanitar təşəbbüslərin və sülh sazişinin imzalanmasına yönəlmiş mümkün addımların müzakirəsi nəzərdə tutulur.
Uitkoffun sözlərinə görə, tərəflər Kiyev, Oslo və Sankt-Peterburqda keçirilmiş əvvəlki görüşlərdə əldə olunan irəliləyiş əsasında danışıqları davam etdirməyi planlaşdırırlar.

