Xəbər Yerində xəbər verir ki, Rusiyada IX çağırış Dövlət Dumasına seçkilərin əsas səsvermə mərhələsinə start verilib.
İlk seçki məntəqələri Kamçatka diyarı və Çukotkada yerli vaxtla saat 08:00-da açılıb. Səsvermə sentyabrın 18-dən 20-dək davam edəcək.
Dövlət Dumasına seçkilərlə yanaşı, Rusiyanın müxtəlif regionlarında regional və bələdiyyə seçkiləri də keçirilir. Ayrı-ayrı kateqoriyadan olan seçicilər üçün isə erkən səsvermə imkanı yaradılıb.
Bura çətin əlçatan ərazilərdə yaşayanlar, döyüş əməliyyatları zonasında olan hərbi qulluqçular, həmçinin xüsusi seçki prosedurunun tətbiq olunduğu regionlarda yaşayan seçicilər daxildir.
Mənbə: Qafqazinfo

