Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti taxıl tədarükü

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti taxıl tədarükü

Xəbər Yerində xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib.

Bu dəfə Biləcəri dəmir yolu stansiyasından Böyük Kəsik istiqamətinə ümumilikdə 41 vaqon göndərilib. Yüklərin 20 vaqonunu 1400 ton arpa, 21 vaqonunu isə 1469 ton buğda təşkil edib.

Qeyd edək ki, indiyədək Rusiya ərazisindən Azərbaycandan tranzit keçməklə Ermənistana təxminən 60 min ton taxıl, 9 min tondan artıq gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 608 ton taxta daşınıb.

Bundan əlavə, Azərbaycan tərəfindən Ermənistana indiyədək 17 min tona yaxın dizel yanacağı, eləcə də təxminən 5 min ton Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir