Şəmkirdə bıçaqlanan 12 yaşlı qız xəstəxanada vəfat edib

Şəmkirdə bıçaqlanan 12 yaşlı qız xəstəxanada vəfat edib

Şəmkirin Mahmudlu kəndində bıçaq xəsarəti alan azyaşlı həyatını itirib.

Hadisə ilə bağlı APA-nın yaydığı məlumata görə, 2014-cü il təvəllüdlü Ə. Namazova ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata əsasən, qızın valideynləri gün ərzində övladlarının itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Bir müddət sonra isə yeniyetmə yaşadığı evin həyətyanı sahəsində bıçaq xəsarətləri almış vəziyyətdə aşkarlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi və digər təfərrüatlar araşdırmanın nəticəsində məlum olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir