Sərhəd Qoşunlarının sabiq komandanı dəfn edildi-FOTO

Sərhəd Qoşunlarının sabiq komandanı dəfn edildi-FOTO

Xəbər Yerində xəbər verir ki, Azərbaycan sərhəd mühafizəsinin inkişafında xidmətləri olmuş, “Azərbaycan Bayrağı” ordenli general-mayor İsgəndər Allahverdiyevlə vida mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, mərhum general-mayor Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində İsgəndər Allahverdiyevin ailə üzvləri və yaxınları ilə yanaşı, DSX, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Mərasimdə general-mayorun dövlətçilik, təhlükəsizlik və sərhəd mühafizəsi sahəsindəki xidmətləri qeyd olunub. Onun xatirəsi ehtiramla yad edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir