Sabah bəzi bölgələrdə leysan və dolu gözlənilir

Sabah bəzi bölgələrdə leysan və dolu gözlənilir

İyulun 16-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Xeberyerinde-nin Milli Hidrometeorologiya Xidmətindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava müşahidə olunacaq. Şimal-qərb küləyi gecə və səhər saatlarında bəzi vaxtlarda güclənəcək.

Paytaxtda havanın temperaturunun gecə 22-25 dərəcə isti, gündüz isə 28-32 dərəcə isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 50-55 faiz təşkil edəcək.

Ölkənin digər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısından etibarən bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış, leysan, şimşək çaxması və dolu ehtimalı var. Xüsusilə şimal və qərb rayonlarında yağıntıların intensivləşəcəyi bildirilir.

Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə oluna bilər. Şərq küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimal edilir.

Rayonlarda havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-38 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 14-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir