Sabahın havası: Bəzi rayonlarda leysan, dolu və 40 dərəcə isti gözlənilir

Sabahın havası: Bəzi rayonlarda leysan, dolu və 40 dərəcə isti gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Paytaxtda havanın temperaturu gecə saatlarında 21-26, gündüz isə 28-32 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqinin 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin gecə 70-80, gündüz isə 50-60 faiz olacağı proqnozlaşdırılır.

Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Bununla belə, günün ikinci yarısından etibarən bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, qısamüddətli leysan olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Şərq küləyi mülayim əsəcək.

Rayonlarda havanın temperaturu gecə 21-26, gündüz 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyədək yüksələcək. Dağlıq rayonlarda gecə 14-18, gündüz isə 24-29 dərəcə isti gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir