Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi gündüz saatlarından etibarən cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 22–25, gündüz isə 31–36 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70–80, gündüz 50–55 faiz olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 22–27, gündüz 34–39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 14–19, gündüz 23–28 dərəcə isti olacaq.

