Quba rayonunda azyaşlının həyatına son qoyan bədbəxt hadisə baş verib.
Hadisə rayonun Qəçrəş kəndi ərazisindən keçən Qudyalçayda qeydə alınıb. İlkin məlumata görə, çayda çimən 11 yaşlı Xəyyam Tərlan oğlu Məmmədov suda boğularaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo

