Sabahın havası ilə bağlı xəbərdarlıq: leysan və dolu ehtimalı

Sabahın havası ilə bağlı xəbərdarlıq: leysan və dolu ehtimalı

Oktyabrın 28-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Xəbər Yerində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakıda temperatur 19 dərəcəyədək yüksələcək

Paytaxtda havanın temperaturu gecə 13-15° isti, gündüz 16-19° isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 55-65 faiz təşkil edəcək.

Rayonlarda leysan, şimşək və dolu ehtimalı

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Şərq rayonlarının bəzilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.

Ayrı-ayrı ərazilərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti olacaq. Dağlıq ərazilərdə gecə 0-5° isti, gündüz isə 5-9° isti gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir