Sabirabadda 2 yaşlı uşaq həyətdəki hovuzda boğuldu

Sabirabadda 2 yaşlı uşaq həyətdəki hovuzda boğuldu

Sabirabad rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

“Xəbər Yerində” xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində baş verib.

Məlumata görə, 2024-cü il təvəllüdlü E.Q. valideyn nəzarətindən yayınaraq yaşadığı evin həyətindəki hovuza düşüb.

Uşaq sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir