Sabirabadda yaşadığı evin həyətində narkotik tərkibli bitkilər yetişdirdiyi iddia olunan şəxs saxlanılıb.
“Xəbər Yerində” Apa-ya istinadən xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində 47 yaşlı Taryel Qasımov tutulub.
Həyətdən 55 kol aşkarlanıb
Polis əməkdaşları T.Qasımovun evinin həyətinə baxış keçirərkən onun aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 55 ədəd narkotik xassəli kol aşkar ediblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

