“Xəbər Yerində” xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Şahnəzərli kəndindən keçən hissəsində baş verib.
“Hyundai Sonata” markalı avtomobil ötmə manevri zamanı yük maşını ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan qadın sərnişin hadisə yerində həyatını itirib. Avtomobilin sürücüsü isə ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

