Şabran rayonunda bədbəxt hadisə ölümlə nəticələnib.
Xeberyerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Düzbilici kəndində qeydə alınıb. Kənd sakini, 53 yaşlı Arif Camayev yaşadığı evin yaxınlığındakı artezian quyusunda quraşdırılan su mühərrikini təmir etməyə çalışarkən elektrik cərəyanına düşüb.
Ağır xəsarət alan kişinin həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları baş vermiş hadisənin səbəblərini araşdırır.

