Salyanda məktəbi “Molotov kokteyli” ilə yandırmağa cəhd edənlər həbs edilib

Salyanda məktəbi “Molotov kokteyli” ilə yandırmağa cəhd edənlər həbs edilib

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən məktəblərdən birinə “Molotov kokteyli” atılıb.

Hadisə nəticəsində məktəb binasının əmlakına ziyan dəyib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və onun tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir