Ölkənin bir sıra ərazilərində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Sentyabrın 7-də saat 16:30-a olan göstəricilərə əsasən, Şahdağ ərazisində diametri 3 mm olan dolu yağıb. Şamaxının Çuxuryurd və Məlhəm kəndlərində isə 0,5 mm ölçüdə dolu qeydə alınıb.
Paytaxt və Abşeron yarımadasında da külək güclənib. Burada küləyin sürəti saniyədə 25 metrədək yüksəlib.

