Samuxda qarayara ilə bağlı son durum nədir?

Samuxda qarayara ilə bağlı son durum nədir?

Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət sabitdir. Son günlər yeni yoluxma halı qeydə alınmayıb və xəstəliyin əhali arasında yayılması müşahidə olunmur.

Səhiyyə Nazirliyindən bildirilib ki, Alıuşağı kəndində qarayara hadisəsi müəyyənləşdirildikdən dərhal sonra ərazidə zəruri profilaktik və əks-epidemik tədbirlərə başlanılıb.

Araşdırmalar zamanı xəstəliklə təmasda olan şəxslər müəyyən edilərək tibbi nəzarətə götürülüb. Onlar laborator müayinələrdən keçirilib. Hadisənin baş verdiyi təsərrüfatda da epidemioloji və epizootoloji araşdırmalar aparılıb, müvafiq nümunələr götürülüb.

Nazirliyin məlumatına görə, 15 avqustdan etibarən yeni yoluxma halı aşkarlanmayıb. Təmasda olan şəxslər arasında da xəstəliyə yoluxma müəyyən edilməyib.

Qarayara aşkarlanan şəxslər hazırda tibb müəssisələrində müalicə alırlar. Digər təmaslı şəxslər üzrə isə tibbi müşahidə və zəruri tədbirlər həyata keçirilib.

Qeyd edək ki, qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin onların yoluxmuş toxumaları və məhsulları ilə təmas zamanı insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.

Səhiyyə Nazirliyi Samux rayonunda epidemioloji vəziyyətə nəzarəti davam etdirir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir