“Saxara” salonunda şok iddia: “Baxım adı ilə ucuz şampunlardan istifadə edirdilər”-VİDEO

“Saxara” salonunda şok iddia: “Baxım adı ilə ucuz şampunlardan istifadə edirdilər”-VİDEO

Xəbər Yerində xəbər verir ki, “Saxara” gözəllik salonunun “Blue Mall” filialında çalışan işçilərlə bağlı bir sıra iddialar səsləndirilib.

Şikayətçi “APA TV”yə bildirib ki, salonda SMM kimi fəaliyyətə başlayıb, lakin sonradan ondan vəzifəsinə aid olmayan müxtəlif işləri yerinə yetirməsi tələb olunub.

Onun sözlərinə görə, işə qəbul zamanı əmək müqaviləsinin bağlanacağı bildirilsə də, bu baş verməyib. Şikayətçi həmçinin filialda çalışan digər işçilərlə də əmək müqaviləsinin olmadığını iddia edib.

O, maaşının yalnız bir hissəsinin kart hesabına köçürüldüyünü, daha sonra isə işə gəlməməsinin bildirildiyini söyləyib. Şikayətçinin sözlərinə görə, nahar fasiləsi də olmayıb və işçilər müştərilərə çay vermək, masaj otaqlarını təmizləmək və otaqlara nəzarət etmək kimi işlərə cəlb ediliblər.

“Bizi xadimə, ofisiant kimi istifadə edirdilər. Narazılığımı bildirdikdə isə mənə hədə-qorxu gəldilər”, – deyə şikayətçi bildirib.

İddialarla bağlı “Saxara” gözəllik salonunun rəhbəri Sərxan Qulamlı məsələdən xəbərsiz olduğunu deyib və səsləndirilən iddiaları “qarayaxma kampaniyası” adlandırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir