Sea Breeze-də hovuzda ayağı su nasosunda sıxılan uşaq həyatını itirib

Sea Breeze-də hovuzda ayağı su nasosunda sıxılan uşaq həyatını itirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzinin hovuzunda uşağın ayağının su nasosunda sıxılması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib. Xilasedicilər tərəfindən uşağın ayağının hovuzun su nasosundan çıxarılması üçün operativ tədbirlər görülüb. Hadisə zamanı uşağa təcili tibbi yardım briqadası tərəfindən də tibbi müdaxilə göstərilib.

Lakin xilasedicilər və təcili tibbi yardım əməkdaşları tərəfindən görülən bütün təxirəsalınmaz tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü Abdullayev Akif Cavid oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir