Sel sularının ortasında qaldılar: 3 nəfərlik ailənin dəhşətli anları-VİDEO

Sel sularının ortasında qaldılar: 3 nəfərlik ailənin dəhşətli anları-VİDEO

Nepal sel və torpaq sürüşmələri ilə mübarizə aparır: Ölənlərin sayı 579-a çatdı

Nepalda üç gündür davam edən güclü sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 475-ə yüksəlib. 1 300-dən çox şəxsin isə itkin düşdüyü bildirilir.

Xəbər Yerində xəbər verir ki, fəlakət ölkənin müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olub. Tibet sərhədində yerləşən bəndin partlaması isə vəziyyəti daha da ağırlaşdırıb.

Ailənin evdə qaldığı anlar kameraya düşdü

Fəlakətin miqyasını göstərən görüntülərdən birində üç nəfərlik ailənin olduğu iki mərtəbəli evin sel sularının ortasında qalması əks olunub.

Görüntülərdə ailə üzvlərinin evin damında və pəncərələrdə kömək gözlədiyi görünür. Palçıqlı suyun sürətlə yüksələrək evi əhatə etməsi bölgədəki vəziyyətin nə qədər təhlükəli olduğunu ortaya qoyub.

“Təcili yüksək ərazilərə çıxın”

Təhlükəsizlik səbəbindən bəzi ərazilərdə axtarış-xilasetmə işlərinə müvəqqəti fasilə verilib.

Hakimiyyət orqanları çay yataqları və digər riskli ərazilərdə yaşayan sakinlərə vaxt itirmədən yüksək ərazilərə getmələri barədə xəbərdarlıq edib.

13 mindən çox xilasedici səfərbər edilib

Nepalın Baş naziri Balendra Şah 13 mindən çox təhlükəsizlik əməkdaşının fəlakət bölgələrində çalışdığını bildirib. Onun sözlərinə görə, helikopterlər vasitəsilə 573 nəfərin təxliyəsi həyata keçirilib.

Dağılan körpülər, bağlanan yollar və rabitə xətlərinin sıradan çıxması xilasetmə əməliyyatlarını çətinləşdirir.

Xüsusilə dağlıq ərazilərdə yerləşən ucqar yaşayış məntəqələrinə yardım çatdırılmasının günlərlə, bəzi yerlərdə isə həftələrlə davam edə biləcəyi bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir