Xəstəxanadan çıxandan sonra ilk dəfə: Elşad Xosedən müəmmalı paylaşım

Xəstəxanadan çıxandan sonra ilk dəfə: Elşad Xosedən müəmmalı paylaşım

Reper Elşad Xose uzun fasilədən sonra sosial şəbəkədə yeni paylaşım edib.

Xəbər Yerində xəbər verir ki, xəstəxanadan evə buraxıldıqdan sonra ilk dəfə paylaşım edən reper bu dəfə də üzünü göstərməyib. O, “Instagram” hesabında yalnız əlini əks etdirən foto yayımlayıb.

Elşad Xosenin sözügedən paylaşımı qısa müddətdə diqqət çəkib. Reper fotoya hər hansı açıqlama və ya şərh əlavə etməyib.

Qeyd edək ki, iyul ayında Elşad Xosenin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra onun vəziyyətinin yaxşılaşdığı və avqustun 26-da evə buraxıldığı barədə məlumat verilib.

Bundan əvvəl reper sosial şəbəkə hesabındakı bütün paylaşımlarını silərək yalnız illər əvvəl paylaşdığı “Birazdan sükut pozulacaq” sözləri yazılmış fotonu saxlamışdı.

Xosenin son paylaşımında da üzünü göstərməməsi onun izləyiciləri arasında maraq doğurub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir