Bakıda 30 dərəcəyədək isti, bölgələrdə isə bəzi dağlıq ərazilərdə yağış və şimşək gözlənilir.
Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.
Bakıda temperatur 30 dərəcəyədək yüksələcək
Paytaxtda gecə temperaturu 19-21°, gündüz isə 26-30° isti olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.
Dağlıq ərazilərdə yağış ehtimalı var
Ölkənin rayonlarında hava əsasən yağmursuz olacaq. Bununla belə, gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və duman müşahidə oluna bilər.
Rayonlarda havanın temperaturu gecə 18-22°, gündüz 27-32° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 10-15°, gündüz 18-22° isti proqnozlaşdırılır.

