Xəbər Yerində xəbər verir ki, Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında sədrliyini başa çatdırıb.
Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə keçirilən ŞƏT sammitinin yekunları ilə bağlı çıxışında məlumat verib. O bildirib ki, təşkilata növbəti sədrliyi Pakistan həyata keçirəcək.
Japarov Pakistanın Baş naziri Şahbaz Şərifə yeni sədrliyi dövründə uğurlar arzulayıb.
Qeyd edək ki, Qırğızıstanın sədrliyi dövründə ŞƏT-in əsas gündəmində regional təhlükəsizlik, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının inkişafı və üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri yer alıb.
Bişkekdə keçirilən sammitin yekununda təşkilatın növbəti dövr üçün fəaliyyət istiqamətləri də müzakirə olunub.
Mənbə: Report.az

