Silah-sursat anbarında ard-arda partlayışlar – 300 nəfər çıxarıldı

Silah-sursat anbarında ard-arda partlayışlar – 300 nəfər çıxarıldı

Bolqarıstanda silah-sursat istehsal edən zavodun ərazisində güclü partlayış baş verib.

Xeber yerinde xəbər verir ki, hadisə Tryavna şəhəri yaxınlığında yerləşən Beliça kəndindəki silah zavodunun sursat anbarlarından birində qeydə alınıb. Məlumatı Bolqarıstan Milli Televiziyası (BNT) yayıb.

Anbarda yanğın başladı, ardınca partlayışlar oldu

İlkin məlumata əsasən, hadisə sursat anbarlarından birində yük maşınının alışması ilə başlayıb. Yanğın daha sonra partlayışlara səbəb olub.

Ərazidən güclü tüstünün qalxdığı, ardıcıl olaraq ikinci dərəcəli partlayış səslərinin eşidildiyi bildirilir.

Hadisə yerinə Qabrovo vilayətinin yanğınsöndürən və polis qüvvələri cəlb olunub. Ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.

Zavoddan 300 nəfər çıxarılıb

Partlayışdan sonra zavodda çalışan təxminən 300 nəfər təxliyə edilib. Yaxınlıqda yaşayan sakinlərə isə ehtiyat tədbiri olaraq pəncərələri bağlı saxlamaq tövsiyə olunub.

Hazırda hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb.

Zavodda hərbi təyinatlı məhsullar istehsal olunur

1992-ci ildə fəaliyyətə başlayan müəssisə Bolqarıstanın iri istehsal obyektlərindən biri hesab olunur.

Zavodda müxtəlif çaplı artilleriya və tank sursatları, mərmilər, minaatanlar, həmçinin artilleriya və tank sistemləri üçün nəzərdə tutulan lülələr istehsal edilir.

mənbə:Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir