SOCAR AQŞ əməkdaşı bədbəxt hadisə nəticəsində həlak oldu-FOTO

SOCAR AQŞ əməkdaşı bədbəxt hadisə nəticəsində həlak oldu-FOTO

Xəzərdə yerləşən Qərbi Abşeron yatağında ölüm hadisəsi baş verib.

“Xəbər Yerində” Qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 22-də 50 saylı platformada iş zamanı SOCAR AQŞ-nin əməkdaşı, çilingər Nizami Abbasov həyatını itirib.

Məlumata görə, bədbəxt hadisə iş prosesi zamanı baş verib. Nizami Abbasovun qaldırıcı qurğunun aşması nəticəsində öldüyü bildirilir.

SOCAR AQŞ-dən APA-nın sorğusuna cavab olaraq qeyd edilib ki, hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir