SOCAR-ın ixracı azaldı, ölkənin qeyri-neft ixracı artdı

SOCAR-ın ixracı azaldı, ölkənin qeyri-neft ixracı artdı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 251 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında məlumat verilib.

Bildirilib ki, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 milyon ABŞ dolları və ya 17,1% azdır.

Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5% artaraq 3,2 milyard ABŞ dollarına çatıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir