SOCAR-ın prezidenti Rövşən Nəcəf Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüş keçirib.
Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, görüş tərəflərin Azərbaycan və Şri-Lanka arasında əməkdaşlıq əlaqələrini müzakirə etdiyi təmaslar çərçivəsində baş tutub.
Qeyd edək ki, Vicita Herat Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfər edib.




