Şok iddia: Gənc qızı öldürdü, cəsədi yox etmək üçün 100 min lirə ödədi

Şok iddia: Gənc qızı öldürdü, cəsədi yox etmək üçün 100 min lirə ödədi

Türkiyədə illərdir gündəmdən düşməyən Gülistan Doku işi üzrə aparılan istintaqda yeni və diqqətçəkən iddialar səsləndirilib. Tuncelinin keçmiş valisi Tuncay Sonelin həyat yoldaşı Handan Sonel və “ACA Bilişim” şirkətinin sahibi Mehmet Aca həbs edilərək istintaqa cəlb olunublar.

İstintaq materiallarına əsasən, Handan Sonelin evində aparılan axtarış zamanı bir neçə mobil telefon, planşet, sərt disk, flaş yaddaş qurğusu, noutbuk və qeydiyyatsız olduğu bildirilən tapança aşkarlanaraq ekspertizaya göndərilib.

Dosyada ən ciddi iddia isə məhkum şahid Turan Güler tərəfindən irəli sürülüb. O bildirib ki, Gülistan Dokunun cəsədinin gizlədilməsi müqabilində Handan Sonel ona 100 min lirə verib. Şahid, həmçinin Sonelin oğlu Mustafa Türkay Sonelin Gülistan Dokunu silahla öldürdüyünü iddia edib.

Handan Sonel isə bütün ittihamları rədd edərək Turan Güleri tanımadığını, ona heç vaxt pul vermədiyini və iddiaları təsdiqləyən hər hansı sübutun olmadığını bildirib.

İstintaq çərçivəsində Handan Sonelin uzun illər istifadə etdiyi telefon nömrəsini əməliyyatdan dərhal sonra bağladığı da müəyyən edilib. O isə bunu özünə ünvanlana biləcək çoxsaylı zənglərdən yayınmaq istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, Munzur Universitetinin tələbəsi Gülistan Doku 5 yanvar 2020-ci ildə itkin düşüb. Onun taleyi ilə bağlı istintaq hələ də davam edir.

Mənbə: TRThaber

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir