“Xəbər Yerində” Qafqazinfo-nun məlumatına istinadən xəbər verir ki, Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb.
Hadisə ötən gün Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib.
2011-ci il təvəllüdlü Sumqayıt şəhər sakini T.Ə. bıçaq xəsarəti alıb. Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb.
Şübhəli saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisənin 2010-cu il təvəllüdlü R.H. tərəfindən törədildiyi müəyyən edilib.
R.H. şübhəli şəxs qismində saxlanılıb.
Məlumata görə, hər iki yeniyetmə Sumqayıt şəhərindəki orta məktəblərdən birinin şagirdidir. R.H. həmin məktəbin 10-cu, T.Ə. isə 9-cu sinfində oxuyur.
Faktla bağlı araşdırma aparılır.

