Xəbər Yerində xəbər verir ki, Sumqayıt şəhərinin Yaşıl Dərə yaşayış massivində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı avtomobil vurub.
Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.
Fakt üzrə araşdırma aparılır.

