Supervulkanları da geridə qoyan təhlükə: Alim açıqladı

Supervulkanları da geridə qoyan təhlükə: Alim açıqladı

Xəbər Yerində xəbər verir ki, ABŞ-nin Vayominq Universitetinin geologiya və geofizika professoru Kennet Sims süni intellektin supervulkan püskürmələrindən daha ciddi təhlükə yarada biləcəyini bildirib.

Alim güclü vulkan püskürmələrinin bütöv şəhərlərə ciddi zərər vura biləcəyini qeyd etsə də, süni intellektin potensial risklərini daha böyük hesab etdiyini deyib.

Onun sözlərinə görə, ABŞ və Asiyada irimiqyaslı püskürmələrə meyilli vulkanlar mövcuddur. Sims Los-Anceles yaxınlığındakı Lonq-Valli vadisi və Yelloustonu supervulkanlara nümunə göstərib, Alyaskada da güclü püskürmələrin baş verdiyini vurğulayıb.

Professor bildirib ki, müasir texnologiyalar vulkanlardakı dəyişiklikləri izləməyə və mümkün püskürmələri əvvəlcədən proqnozlaşdırmağa imkan verir.

Simsin fikrincə, süni intellekt isə potensial olaraq vulkan püskürmələrindən daha böyük ekzistensial təhlükə yarada bilər.

Mənbə: oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir