Xeberyerinde TRTHaberə istinadən xəbər verir ki, Suriyanın Şam–Deyr əz-Zor avtomobil yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 35 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb.
Suriya dövlət televiziyasının yaydığı məlumata görə, qəza Suxnə və Palmira bölgələri arasında baş verib. Toqquşmanın səbəbləri hələlik açıqlanmayıb.
Səhiyyə Nazirliyi bildirib ki, yaralılar ətraf xəstəxanalara çatdırılıb və onlardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Hadisə ilə bağlı araşdırma aparılır.

