Xəbər Yerində xəbər verir ki, Suriyada yanacağın qiymətinin kəskin artırılması əhalinin etirazına səbəb olub.
SANA-nın məlumatına görə, aksiyalar əsasən Rəqqə, Hələb və İdlib şəhərlərində keçirilib.
Etirazçılar axşam saatlarında ölkənin əsas magistrallarından biri olan M5 yolunu bağlayıb, yola yanan təkərlər düzüblər. Sözügedən magistral əhalinin sıx məskunlaşdığı Hələb və Hama şəhərlərini birləşdirir.
Yanacağın qiymətləri sentyabrın 13-dən etibarən təxminən 40 faiz artırılıb. Belə ki, Aİ-95 benzinin litri 152 Suriya lirəsindən 195 lirəyə, dizelin qiyməti isə 125 lirədən 175 lirəyə yüksəlib.
Suriyanın Energetika Nazirliyi qiymət artımını dünya enerji bazarındakı vəziyyət və ölkənin yanacaq idxalından yüksək asılılığı ilə izah edib.
Bahalaşmanın əhalinin gündəlik xərclərinə təsiri isə ölkənin müxtəlif şəhərlərində narazılıqların artmasına səbəb olub.
Mənbə: Qafqazinfo

