Şuşa rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yabanı halda bitən külli miqdarda narkotik tərkibli çətənə kolları aşkarlanaraq məhv edib.
Xeberyerinde-nin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər çərçivəsində Xəlfəli kəndi ərazisində narkotik tərkibli bitkilər müəyyən olunub.
Keçirilən tədbirlər nəticəsində ümumi çəkisi 1 ton olan 2010 ədəd yabanı çətənə kolu məhv edilib.

