Şəhid atası qəzaya düşdü – Goranboyda iki nəfər xəsarət aldı

Şəhid atası qəzaya düşdü – Goranboyda iki nəfər xəsarət aldı

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xeberyerinde-nin Gəncə xəbər-dən əldə etdiyi məlumata görə, hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Goranboy rayon sakini, 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və sərnişin, 1966-cı il təvəllüdlü Xoşbəxt Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb, onlara zəruri tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşən Yusif Əşrəfov 44 günlük Vətən müharibəsində şəhid olmuş Məhəmməd Əşrəfovun atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir