Səhv ayağı əməliyyat edən həkim ölkəni tərk edib: 71 yaşlı qadının iddiası-VİDEO

Səhv ayağı əməliyyat edən həkim ölkəni tərk edib: 71 yaşlı qadının iddiası-VİDEO

Xəbər Yerində xəbər verir ki, Şəki sakini Dövlət Abdullayeva “Medera Hospital”da keçirdiyi əməliyyatlardan sonra problem yaşadığını iddia edib.

71 yaşlı qadının sözlərinə görə, onun sol ayağında əməliyyat aparılmalı olduğu halda, həkim tərəfindən sağ ayağına müdaxilə edilib.

Abdullayeva bildirib ki, son 20 ildə ayaqları ilə bağlı çoxsaylı əməliyyatlar keçirib və hazırda ciddi ağrılardan əziyyət çəkir. Onun sözlərinə görə, ayağına yerləşdirilən implantla bağlı da problemlər yaranıb və beş vint çıxarılıb.

Qadın əməliyyatı həyata keçirən Gürkan adlı həkimdən məsələ ilə bağlı müdaxilə etməsini tələb edib.

Məsələ ilə bağlı “Medera Hospital”dan bildirilib ki, Dövlət Əliqulu qızı Abdullayeva 2022-ci il dekabrın 2-də və 2023-cü il fevralın 28-də sol bud sümüyünün sınığı ilə bağlı əməliyyat olunub.

Klinikanın açıqlamasında qeyd olunub ki, daha sonra xəstə həyat yoldaşı ilə birlikdə tibb müəssisəsinə dəvət edilib və mütəxəssislərin iştirakı ilə konsilium keçirilib. Travmatoloq Aqşin Məmmədov tərəfindən müayinə olunan xəstəyə iki aylıq müalicə təyin edildiyi, müalicədən sonra isə əməliyyatın ödənişsiz həyata keçiriləcəyinin bildirildiyi açıqlanıb.

Klinikadan əlavə olaraq bildirilib ki, Abdullayeva və həyat yoldaşı tibb müəssisəsindən ayrıldıqdan sonra müvafiq orqanlara şikayət ediblər və bu müraciətin əsassız olduğu iddia olunub.

Ailə isə əməliyyatı icra edən Gürkan adlı həkimin Türkiyəyə getdiyini və geri qayıtmayacağını bildirib. Həkim və ya onun nümayəndəsinin bu iddialara münasibəti barədə məlumat yoxdur.

Mənbə: BakuTv

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir