Xəbər Yerində xəbər verir ki, Ağdərə rayonunun Papravənd kəndi ərazisində mina partlayışı baş verib.
Hadisə sentyabrın 10-da qeydə alınıb. Tərtər sakini, 2005-ci il təvəllüdlü Sərxan Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkətdə olarkən at piyada əleyhinə minaya düşüb.
Partlayış nəticəsində S.Rüstəmzadə yüngül xəsarət alıb.
Yaralı ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

