Prezident İlham Əliyev Azərbaycanın diplomatik korpusunda yeni kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Ə. Əskərov Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin daha bir sərəncamına əsasən isə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

