Xəbər Yerində xəbər verir ki, Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanovla vida mərasimi bu gün Təzə Pir məscidində keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimə əklil göndəriblər.
Qeyd edək ki, Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.

