Xəbər Yerində xəbər verir ki, Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Hadisə nəticəsində 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva boğaz nahiyəsindən bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, hadisəni törətməkdə qadının həyat yoldaşı Nəbi Nəbiyev şübhəli bilinir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

