Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil su kanalına düşüb
Hadisə Xatınlı kəndi ərazisində qeydə alınıb. “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq su kanalına düşüb.
Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti xilasedicilər tərəfindən çıxarılıb.
İkinci şəxsin də meyiti kanaldan tapılıb
Hadisə zamanı avtomobildən su kanalına düşən 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun da meyiti aşkar edilərək sudan çıxarılıb.
Hər iki şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.
FHN xilasediciləri hadisə yerində
Qəza ilə bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerinə polis əməkdaşları da gəlib. Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa




