Tramp: Çin və Rusiya İrana silah satmayacaqlarını bildiriblər

Tramp: Çin və Rusiya İrana silah satmayacaqlarını bildiriblər

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin İrana silah satmayacaqlarını ona bildirdiklərini açıqlayıb.

Tramp bu barədə sosial media hesabında paylaşım edərək qeyd edib ki, Pekində Si Cinpinlə keçirdiyi son görüş zamanı Çin lideri İrana heç bir formada silah verilməyəcəyini və satılmayacağını, bu öhdəliyin Çin şirkətlərinə də aid olduğunu deyib.

ABŞ Prezidenti bildirib ki, iki ölkə arasındakı münasibətlərə görə Si Cinpinin verdiyi vədə güvəndiyini vurğulayıb. O, həmçinin Çinlə münasibətlərin inkişafı naminə mühüm addımlar atdığını qeyd edib.

Tramp əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin də İrana silah satmayacağına dair ona söz verib.

ABŞ lideri Ukraynaya silah tədarükü ilə bağlı da danışaraq bildirib ki, Vaşinqton silahları birbaşa Kiyevə deyil, NATO ölkələrinə satır. Onun sözlərinə görə, həmin ölkələr silahların dəyərini tam ödəyir və sonrakı bölüşdürülməsi ABŞ-ın nəzarətində olmur.

Tramp sonda vurğulayıb ki, İranla bağlı adı ən çox hallanan iki böyük dövlətin bu prosesdə iştirak etmədiyini düşünür və bunun onların maraqlarına uyğun olmadığını bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir