Tramp iki okeanın adını dəyişmək istəyir: “Tramp okeanı” olacaq?

Tramp iki okeanın adını dəyişmək istəyir: “Tramp okeanı” olacaq?

Xəbər Yerində “Oxu.az”a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp vəzifədə olduğu müddət başa çatmadan Atlantik və ya Sakit okeanın adının dəyişdirilməsini planlaşdırır.

Tramp bu barədə Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Bizim okeana ehtiyacımız var. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişdirməyi düşünürdüm. Onu “Tramp okeanı” və ya “Amerikalar okeanı” adlandıracağıq. Buna bənzər bir şey. Mən vəzifədən getməzdən əvvəl bunu etməliyik.

Hesab edirəm ki, bizim okeanımız və böyük bir çayımız olmalıdır. Lakin Missisipinin adını dəyişmək niyyətində deyiləm. Mən Missisipini sevirəm”, – deyə ABŞ lideri bildirib.

Hörmüz boğazının adını da dəyişmək istəyir

Donald Tramp çıxışı zamanı Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsi məsələsini də yenidən gündəmə gətirib.

Qeyd edək ki, ABŞ lideri daha əvvəl Meksika körfəzinin və Ontario gölünün adlarının müvafiq olaraq “Amerika körfəzi” və “Amerika gölü” kimi dəyişdirilməsi ilə bağlı fərmanlar imzalayıb.

Bu fərmanlar həmin coğrafi obyektlərin ABŞ federal hökuməti tərəfindən və rəsmi xəritələrdə necə adlandırılacağını müəyyənləşdirir. Lakin Trampdan sonra vəzifəyə gələcək prezidentlər bu qərarları ləğv edə bilərlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir