Ağ Evin yeni mətbuat katibi Keti Zakariya vəzifəyə başlamasından bir həftə keçməmiş işini itirib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, nə Keti Zakariya, nə də Ağ Ev məsələ ilə bağlı açıqlama verib. Bununla belə, ABŞ Prezidenti Donald Tramp brifinq zamanı Zakariyaya yeni vəzifəyə başlamaq qərarına yenidən baxmağı tövsiyə edib.
Tramp jurnalistlərə onunla söhbətini belə çatdırıb:
“Düzünü desəm, sənin yerində olsaydım, fikrimi dəyişərdim… Keti, buna həqiqətən ehtiyacın varmı? Mən belə düşünmürəm”.

