Gəncə-Samux yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza rayonun Sərkar kənd yolunda qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil iki hissəyə bölünüb.
Qəza nəticəsində 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.





