Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin növbəti Zirvə Toplantısının keçiriləcəyi tarix məlum olub.
Zirvə görüşü oktyabrın 30-da Türkiyənin paytaxtı Ankarada baş tutacaq.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının üzv dövlətləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Təşkilatda Macarıstan və Türkmənistan isə müşahidəçi üzv statusuna malikdir.
TDT-nin əsas məqsədi üzv ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat, gömrük, təhsil, elm, turizm və mədəniyyət sahələrində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələrin daha da möhkəmləndirilməsidir.
Ankarada keçiriləcək Zirvə Toplantısında Türk dövlətləri arasında əməkdaşlığın gələcək istiqamətlərinin, regional və beynəlxalq məsələlərin müzakirə olunacağı gözlənilir.
Mənbə: Operativmedia

