Tərtərdə iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeber Yerinde xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun rayonun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağdam rayonunun Güllücə kəndindən olan və hazırda Təzəkənd qəsəbəsində yaşayan Cəmilə Zeynalova və Mahirə Qədimova yolu keçərkən hərəkətdə olan “VAZ-2107” markalı avtomobil tərəfindən vurulublar.
Qəza nəticəsində piyadalardan biri hadisə yerində həyatını itirib. Digər yaralı isə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

