Ucarda arxda batan 15 yaşlı yeniyetmənin meyiti tapıldı

Ucarda arxda batan 15 yaşlı yeniyetmənin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, iyulun 10-da Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində batmış 2010-cu il təvəllüdlü Hacıyev Əlisafa Məhəmməd oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir