Ucarda Prado piyadanı vurdu, sonra yolun kənarına aşıb

Ucarda Prado piyadanı vurdu, sonra yolun kənarına aşıb

Xəbər Yerində xəbər verir ki, Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı–Qazax magistralının rayonun Küçəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı sakini, 1984-cü il təvəllüdlü Elkin Sadıqovun idarə etdiyi “Toyota Prado” markalı avtomobil Ucar sakini, 1958-ci il təvəllüdlü Zahirə Hüseynovanı vurub.

Piyadanı vurduqdan sonra sürücü avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan Z.Hüseynova Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir